Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-15 15:04:26
Magistraturaya II cəhd imtahanı asan olacaq?

Hər il magistratura üzrə qəbul imtahanlarında bakalavrlar hansısa bir fənnin çətinliyindən narazılıq bildirirlər. Bu il informatika fənninin digərlərinə nisbətən çətin olduğu söylənilir.

 

İkinci cəhd imtahanında eyni fənnin çətin düşmə ehtimalı varmı? Təcrübələr bu barədə nə deyir?

 

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndiyev (Əfəndi) AzEdu.az-a mövzu ilə bağlı danışıb.

 

Ekspert bildirib ki, hazırlıqlı bakalavr üçün fənnin çətinliyi məsələsi olmur:

 

“Düşünürəm ki, hazırlıqlı bakalavrlar sualları rahatlıqla yaza bilirlər. Dövlət İmtahan Mərkəzi tərəfindən hansısa fənnin çətin, hansınınsa asan salınması ilə bağlı bir prinsip yoxdur. Ümumilikdə suallar asan, orta və çətin olmaqla müəyyənləşdirilir və o əsasla da imtahan təşkil olunur. İkinci cəhddə hansı fənnin çətin olacağını proqnozlaşdırmaq açığı bir qədər çətindir. Bu bir başa bakalavrlardan asılıdır. Böyük əksəriyyət bütün fənlərə yaxşı hazırlaşarsa, bütün fənlər asan olduğu bildiriləcək. Yox, əgər hansısa fəndən bir qədər zəif hazırlaşılsa, o halda çətin  oldu deyə yanaşma olacaq”.

 

“Düşünürəm ki, II cəhddə məntiqin və xarici dilin bir qədər çətin olacağı söyləniləcək”,-deyə ekspert vurğulayıb:

 

“İnformatika bu qədər rezonans doğurursa, bütün bakalavrlar informatikaya köklənəcək, belə olduğu halda məntiq və xarici dilə o qədər də ciddi yanaşa bilməyəcəklər. Nəticədə  digər fənlərin sualları çətin göründüyündən bu məsələ gündəmə gələcək. Ona görə də bakalavrlar bütün fənlərə eyni cür yanaşsalar çətinlik problemləri olmayacaq”.