Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-08 09:16:00
AzMİU tələbələrinə xaricdə təhsil almaq üçün hansı imkanları yaradır?

Azərbaycanda universitetlər tələbələrin xaricdə təhsil almaları üçün xarici təşkilat və universitetlərlə beynəlxalq əlaqələr yaradır, əməkdaşlıqlar edir. Belə universitetlərdən biri də Azərbaycan Memarlıq və İnşaat universitetidir (AzMİU).

 

AzEdu.az-a açıqlama verən AzMİU-nun Xarici əlaqələr şöbəsinin müdir müavini Könül Şirinova qeyd edib ki, xarici universitet və təşkilatlarla əməkdaşlıq memorandumları, ikili diplom proqramları və müxtəlif qrant layihələri çərçivəsində aparılır:

 

Açıklama yok.

 

“Hazırda AzMİU Türkiyə, İngiltərə, ABŞ, Rusiya, İtaliya, İspaniya, Portuqaliya, Ukrayna, Almaniya, Çin, Polşa, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Belarusiya, Litva, Şimali Kipr Türk Respublikası kimi ölkələrdən 100- dən çox universitetlə əməkdaşlıq edir. Bu əməkdaşlıq müqavilələri çərçivəsində təhsilin və kadr potensialının inkişafı məqsədilə nüfuzlu xarici universitet professorlarının tədris prosesinə cəlb edilməsi, ikili diplom proqramlarının artırılması və müvafiq ixtisasların kurikulumlarının modernləşməsi, qabaqcıl təcrübənin öyrənilməsi, müəllim və tələbə mobilliyinin artırılması, akademik heyətinin uzunmüddətli xarici ixtisasartırma proqramlarına cəlbi istiqamətində işlər aparılır”.

 

Könül Şirinova bildirib ki, universitetin beynəlxalq əlaqələri durmadan inkişaf edir: “AzMİU-nun elm və təhsil sahələrinin beynəlmiləlləşdirmə prosesi universitetin ümumi fəaliyyətinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsaslanaraq universitetin beynəlmiləlləşmə strategiyası müəyyənləşdirilmişdir. Beynəlxalq əlaqələrimiz, əsasən tədris prosesində xarici ali təhsil mütəxəssislərinin iştirakının təşkil olunması, tələbə-müəllim, heyət mübadiləsi, ikili diplom proqramlarının icrası, beynəlxalq elmi tədqiqatların artırılması, beynəlxalq konfransların təşkili, beynəlxalq qrant layihələrdə iştirak, beynəlxalq akkreditasiyalar, beynəlxalq reytinq bazalarında təmsil olunma, əcnəbi tələbələrin cəlb edilməsi kimi istiqamətlərin inkişafına yönəlib".

 

Açıklama yok.

 

Könül Şirinova qeyd edib ki, təhsilin beynəlmiləlləşməsi və keyfiyyətinin artırılması məqsədilə yüksək səviyyəli xarici mütəxəssislərin universitetə cəlb olunması üçün ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin dəstəyi və təşəbbüsü ilə, eləcə də tərəfdaş universitetlərlə bir sıra mübadilə proqramları həyata keçirilir: Ötən 2023-cü ildə “ABŞ-ın “Fulbrayt Mütəxəssis Proqramı” çərçivəsində amerikalı mütəxəssislər AzMİU-da memarlara seminar və mühazirələr təşkil edib, müəllim və tələbələrin ingilis dili biliklərinin artırılması üçün dərslər, eləcə də praktiki təcrübələr həyata keçirib. Azərbaycanda layihələndirilmiş və tikilmiş modernist ictimai memarlığın tədqiqi ilə məşğul olub. Layihənin davamı olaraq ABŞ-ın Yuta Dövlət Universitetinin Landşaft memarlığı və ətraf mühitin planlaşdırılması kafedrası ilə birlikdə hər iki universitetin tələbələrinin qatılacağı seminarların təşkili nəzərdə tutulub. İtaliya Respublikasının ölkəmizdəki səfirliyi ilə AzMİU-nun əməkdaşlığı sayəsində "Italyan dili məzunları" layihəsi çərçivəsində italiyalı müəllim 4 il müddətində universitetimizdə italyan dilini tədris edir. Bundan əlavə Türkiyənin Qazi Universiteti ilə də sağlam əməkdaşlıq əlaqələrimiz var. Həmin universitetin professoru universitetimizin elektrik və elektronika mühəndisliyi ixtisasında oxuyan tələbələrə dərs demiş, öz təcrübələrini onlarla bölüşmüşdür. Orta Asiya Respublikaları ilə inkişaf edən əməkdaşlıq çərçivəsində isə Qazaxıstanın Korkut Ata Kızılorda Universitetinin Layihə Araşdırma İnstitutunun müəllimləri AzMİU-da ixtisasartırma kursu keçib, elmi-tədqiqat təcrübəsi aparıblar".

 

Açıklama yok.

 

Həmsöhbətimizin sözlərinə görə tələbələr, əsasən Avropa və Türkiyə universitetlərini seçirlər:

 

Açıklama yok.

 

"Mübadilələr daha çox Avropa Birliyinin Erasmus+KA1, ikitərəfli əməkdaşlıq, ikili diplom proqramları və Türk Universitetlər Birliyinin Orhun mübadilə proqramı çərçivəsində aparılır: “Mövcud ikili diplom proqramlarının davamlılığının təmin olunması, birgə təhsil proqramlarının sayının artırılması, yeni ikili diplom müqavilələrinin bağlanması üzərində işlər davam etdirilir. Türkiyə, İtaliya, İngiltərə, İspaniya, Portuqaliya, Fransa ilə imzalanmış 7 ikili diplom proqramı nəticəsində 2023-cü ildə İstanbul Texniki Universitetinə və Milan Politexnik Universitetinə (POLİMİ) ümumilikdə 12 tələbə təhsil almağa göndərilib, həmçinin POLİMİ-nin 11 tələbəsi AzMİU-da azərbaycanlı memar tələbələrlə birlikdə vorkşoplara qatılıb. Hazırda Türkiyənin Ankara Universiteti, İstanbul Texniki Universiteti və Ege Universiteti ilə yeni ikili diplom proqramlarının həyata keçirilməsi üzərində iş aparılır. 2024-cü ildən etibarən isə İngiltərənin Vestminster Universiteti ilə magistratura səviyyəsində memarlıq abidələrinin bərpası və yenidən qurulması ixtisasında, Ankara Universiteti ilə bakalavriat səviyyəsində elektrik və elektronika mühəndisliyi ixtisasında ikili diplom proqramlarına tələbə qəbulu aparılacaq.Ötən il Avropa Birliyinin “Erasmus+KA1: tələbə və heyət üçün mübadilə proqramı” çərçivəsində AzMİU-nun 4 tələbəsi İspaniyanın Coruna Universitetində və İtaliyanın Sapienza Universitetində təhsil alıb. Erasmus+KA2 İTACA layihəsi əsasında AzMİU-nun 2 magistr tələbəsi İtaliyanın Sapienza Universitetində və Yunanıstanın Patras Universitetində, WORK4CE layihəsi çərçivəsində isə AzMİUnun 3 magistr tələbəsi Almaniyanın Dortmunt Tətbiqi Elmlər və İncəsənət Universitetində keçirilən təlimlərdə iştirak edib.Türk Universitetlər Birliyi tərəfindən həyata keçirilən Orhun Mübadilə Proqramı çərçivəsində Türkiyənin Ege Universitetində, Kapadokya Universitetində, Alanya Keykubat Universitetində, Özbəkistanın Kokand Universitetində, QırğızıstanTürkiyə Manas Universiteti ilə tədris mübadilələri həyata keçirilib. AzMİU-nun 8 tələbəsi Ege Universitetində, Bursa Uludağ Universitetində təhsil alıb".

 

Açıklama yok.

 

Könül Şirinova bildirib ki, təkcə ötən il universitetlərarası əməkdaşlıq müqaviləsi çərçivəsində AzMİU-nun 6 tələbəsi Türkiyənin Orta Doğu Texniki Universitetində, İstanbul Texniki Universitetində, Haliç Universitetində təhsil alıb: Universitetlərarası əməkdaşlıq əlaqələrimiz uğurla davam edir.Xüsusi ilə qeyd etmək istəyirəm ki, 2023-cü ildə mübadilə proqramları əsasında Şimali Kipr Doğu Akdeniz Universiteti və İtaliyanın Sapienza Universitetinin 2 tələbəsi universitetimizdə təhsilini davam etdirib, K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin 16 magistrantı və 1 doktorantı AzMİU-da elmi-tədqiqat işi və magistr dissertasiyası ilə məşğul olub. AzMİU-nun 6 tələbəsi Türkiyənin Orta Doğu Texniki Universitetində, İstanbul Texniki Universitetində, Haliç Universitetində təhsil alıb. Bunlarla yanaşı, İstanbul Su və Kanalizasiya İdarəsi ilə 2006-cı ildən davam edən əməkdaşlıq nəticəsində AzMİU-nun 20 tələbəsi və 2 müəllimi bu qurumda iki həftəlik yay təcrübə proqramında iştirak edib. Bu ildən tələbələrin 3 aylıq müddətdə bu qurumda staj keçməsi planlaşdırılır.Könül Şirinova müsahibənin yekununda ümumilikdə 2023-cü ilin AzMİU üçün uğurlu bir il olduğunu, universitetin beynəlxalq sahədə kifayət qədər nailiyyətlərə imza atdığını bildirib: “Azərbaycan Memarlıq və İnşaat Universiteti olaraq müasir dünyamızda rəqabətə davam gətirən səriştəli, bilikli mühəndis kadrların yetişməsi üçün səylərimizi əsirgəmir, inkişaf yönümlü fəaliyyətimizi davam etdiririk”.

Açıklama yok.