Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-08 09:31:00
Test topluları niyə hər il yenilənir? - “Sistem dəyişdikcə...”

Ötən günlərdə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müvafiq fənlər üzrə test topluları nəşr edilib. Hər il abituriyentlər buraxılış və qəbul imtahanına hazırlıq mərhələsində həmin test toplularından istifadə edir.

 

Bəs, görəsən hər il test toplularının yenilənməsinə ehtiyac varmı?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Adil Vəliyev qeyd edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən son illər ixtisas qrupları daxilində bəzi fənlərdə müəyyən dəyişikliklər oldu:

 

“Köhnə test toplularını kənara atıb, yeni nəşr olunan topluları almaq zəruridir. Düzdür, bu vəsaitlərin durmadan yenilənməsi maddiyyat baxımından valideynlərin narazılığına səbəb ola bilər. Amma burada, müəllimlərə də haqq qazandırmaq lazımdır. Çünki nəzərə almalıyıq ki, test topluları DİM-in ali məktəbə qəbul imtahanlarına müvafiq olaraq hazırlanır. Sistem dəyişdikcə, mövzular da dəyişir. Beləliklə, yeni test toplularına ehtiyac yaranır. Müəllimlər artıq yeni formada və yeni tipli suallarla abituriyentləri tanış edib, ona uyğun olaraq imtahanlara hazırlayırlar. Bunun nəticəsi kimi də abituriyentlər gələcəkdə yaxşı ixtisaslarda təhsil ala bilirlər”.

 

Ekspert bildirib ki, hər il test toplusu almaq lazım deyil:

 

“Düşünürəm ki,  valideynlərdə nəzərə almalıdır ki, son illərdə olan dəyişiklik həm dərs vəsaitlərinə, həm də test toplularına yansıyır. Hər test toplusunu da almaq lazım deyil. Əsasən DİM-in eləcə də illərdir bu sahədə öz təsdiqini tapmış nəşriyyatların test toplusunu və yaxud kursların nəşr etdiyi toplulardan yararlanmaq lazımdır “, – deyə fikrini yekunlaşdırıb.