Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-06 16:21:00
UNEC MBA təlimlərinə start verir

UNEC Ömürboyu Təhsil Mərkəzi İnsan Resurslarının İdarəedilməsi (HRM) mini-MBA sertifikatlı təlim proqramına start verir.

 

AzEdu.az xəbər verir ki, proqramın tədrisi ölkənin HR sahəsi üzrə təcrübəli mütəxəssisləri tərəfindən həyata keçiriləcək. Tədris prosesi müasir kompüter proqramlarından (simulyasiya, bu sahədə İT proqramları) istifadə etməklə, innovativ pedaqoji fəaliyyətlər (problemli təlim, layihə üsulu, tədrisə refleksiv yanaşma) əsasında aparılacaq.

 

Mini-MBA proqramı HR idarəedilməsi sahəsində çalışanların idarəetmə bacarıqlarını inkisaf etdirmək məqsədi daşıyır və bu istiqamətdə xüsusi təcrübələrə uyğunlasdırılıb.

 

Mini-MBA proqramında iştirak etmək üçün son qeydiyyat tarixi: 29 Fevral, 2024-cü il.

 

Dərslər mart ayının 1-dən başlayacaq. Proqramın müddəti 6 aydır və 5 moduldan ibarətdir. Hər modul bir ay və ya 1,5 aylıq dövrü əhatə edir.

 

 Əlaqə vasitələri: E-mail[email protected], tel.: 055 561 00 67