Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-03 13:47:01
“Tarixdə bu gün” - 3 fevral nələr baş verib?

Vətənə, millətə, eləcə də elmə öz tövhələrini vermiş şəxslər təkcə tarix kitablarının arasında deyil, həmçinin, yaddaşlarda yaşayırlar.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixindəki əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.

 

3 fevral tarixində baş vermiş hadisələri təqdim edirik.

 

3 fevral 1969-cu ildə Azərbaycanın Milli Qəhrəmanı Bəylər Ağayev anadan olub:


O, 1990-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olur. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq 
Milli Ordu sıralarına yazılır.

 

B.Ağayev 1992-ci ilin avqustun 6-da yoldaşları ilə mühasirəyə düşür. O, üzünüyoldaşlarına tutub son olaraq bu sözləri söyləyir: "Biz vətən uğrunda ölümə gedirik, ola bilsin bu döyüş son döyüşümüz olsun".


Vəfatından sonra Azərbaycan respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı alıb.

 

3 fevral 1891-ci ildə yazıçı, redaktor  Ceyhun Hacıbəyli anadan olub:

 

O, ibtidai təhsilini Şuşada maarifçi Haşım bəy Vəzirovun müdir olduğu ikisinifli rus-tatar məktəbində, daha sonra isə təhsilini Bakıda real məktəbində almışdır. İlk mətbu hekayələrini "Proqres" qəzetinin 1907-ci il tarixli 5-ci nömrəsində dərc etdirib. Xeyriyyəçi Murtuza Muxtarovun maddi dəstəyi ilə 1908-ci ildə Peterburq Universitetinin hüquq fakültəsinə qəbul olunur, 1909-cu ilin yayında təhsilini davam etdirmək üçün Parisə gedir. Əvvəl Sorbonna Universitetində sonra isə Ali Politexnik Elmlər Məktəbində təhsilini davam etdirir.

 

3 fevral 2002-ci ildə təyyarəçi, "Şöhrət ordeni" laureatı Məzahir Abasov vəfat edib:

 

Məzahir Abasov 15 dekabr 1918-ci ildə Bakının Maştağa kəndində anadan olub.

 

O,1963-cü ildən AMEA Tarix İnstitutunda işləməyə başlamışdır. Tarix elmləri doktoru, professor olmuşdur. Məzahir Abasov qeyri-bərabər hava döyüşündə düşmənin bir təyyarəsini vurmuş, digərini zədələyərək, qaçmağa məcbur etmişdir. Həmin döyüşdə ciddi zədə almış təyyarəsini böyük ustalıqla suya endirmişdir. Bununla da Məzahir uçuş heyətini faşistlərin caynağından xilas etməklə yanaşı, başqa bir fədakarlıq göstərmişdir. O, yoldaşları ilə birlikdə 6 gün soyuq dənizdə ac-susuz qalmalı olmuşdur. Digər döyüşlərin birində Məzahirin idarə etdiyi təyyarə vurularaq alovlanmışdır. Özünün də alova büründüyü şəraitdə yanan təyyarəni yerə endirə bilmişdir.