Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-23 12:32:00
Xaricdən “sıfır” təhsil, neqativ hal, yüksək təhsil haqqı ilə günahlandırılan  universitetlərimiz - RUBRİKA

AzEdu.az yeni rubrikaya start verir.  “İraq göz” adlanan rubrika əsasında hazırda  xaricdə təhsil alanların, eləcədə əcnəbi universitetlərin məzunları olan soydaşlarımızın Azərbaycan universitetləri haqqında qısa fikirlərini öyrənəcəyik:

Rubrikada hər dəfə fərqli şəxslərali məktəblərimiz haqqında düşüncələrini bizimlə bölüşəcək.

Qeyd edək ki, müsahiblərə  bir çox universitet adlarını təqdim etsək də, onlar yalnız  məlumatları olan universitetlər haqqında danışdılar.

Yəni, hər hansı universitetin adının çəkilib-çəkilməməsi redaksiya heyətinin mövqeyini əks etdirmir:

Şeffild Universiteti və London İqtisad Məktəbində təhsil alan İnqilab Şahbazovun fikirləri:

Bakı Dövlət Universiteti- Konservativ, yenilikdən müəyyən qədər uzaq, digər universitetlərlə münasibətdə nisbətən köhnə düşüncəli. Lakin çoxsaylı nüfuzlu elm adamının çalışdığı müəssisəsidir;

Xəzər Universiteti-Daha liberal, əməkdaşlarına müstəqillik və rahat işləmək mühiti təmin edir. Rəhbərliyin təvazökarlığı, peşəkarlığı və yeniliklərə açıq olmağı xüsusilə, diqqətimi çəkir;

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-Xəzərdə olduğu kimi, eyni sözlər ADNSU üçün də keçərlidir. Cavan kadrlara çox üstünlük verilir.

Bakı Mühəndislik Universiteti (Qafqaz) -Çox xoş mühit var, müəllimlər və rəhbərlik yenilikçi fikirləri dəstəkləməkdə maraqlı görünürdülər.  Son 1-2 ildə vəziyyətin dəyişib, dəyişmədiyini deyə bilmərəm;

İtaliyada Sapienza Universitetində təhsil alan Ramin İsmayılovun universitetlər haqqında bir cümləlik düşüncələri:

Bakı Dövlət Universiteti -Əksər universitetlərdən fərqli olaraq, yazılı imtahan, bunun da nəticəsində müəllimdən yüksək dərəcədə asılılıq;

UNEC-Bitirdikdən sonra böyük ölçüdə işsizlik;

Xəzər Universiteti -Verdiyi təhsil səviyyəsinin keyfiyyətinə baxmayaraq, təhsil haqqının yüksək olması bu universitetləri seçməkdən bir çox tələbəni çəkindirir.

Azərbaycan Universiteti – Xəzər Universiteti barəsindəki fikirlərim eynilə Azərbaycan Universiteti üçün də keçərlidir;

Azərbaycan Kooperasiya Universiteti-Təhsil sıfır, təhsil haqqı çox yüksək.

İstanbul Aydın Universitetində təhsil alan Cavid Babayevin məlumatlı olduğu Azərbaycan universitetləri haqqında fikirləri:

Azərbaycan Kooperasiya Universiteti-Bu universitetin təhsil sistemində ciddi problemlər var;

Azərbaycan Dövlət Pedaqoji Universiteti-Azərbaycanda müəllimlik ixtisası üzrə təhsil almaq istəyən abituriyentlər üçün hazırda ən doğru seçim bura olardı.

Lakin universitetdə dərsləri gənc kadrların yeni sistemdə tədris etməsi daha gözəl olar;

Azərbaycan Tibb Universiteti-Düzünü desəm, ATU-da verilən təhsil durumundan razı deyiləm. Ciddi dəyişikliklərə ehtiyac var və bunların ən əsası imtahanların keçirilmə üsulları ilə bağlı olmalıdır. Avropada, xüsusilə tibb təhsilinin inkişaf etdiyi ölkələrdə yetişmiş olan akademik kadrlara ehtiyacı olan universitetdir;

Bakı Biznes Universiteti- Bu universitetin tədris sistemində olan səhvlərdən daha çox tələbələrlə olan ünsiyyət problemidir. Burada təhsil alan bir neçə tanışım var və bildirirlər ki, universitetə saqqalla daxil olmağa icazə yoxdur. Saqqal olduğu halda tələbə imtahana buraxılmır. Tələbələr dərsə gec qaldıqda, ümumiyyətlə, universitetə daxil olmağa icazə verilmir;

Azərbaycan Texniki Universiteti- Burada daha yaradıcı gənclər yetişdirmək üçün əsaslı işlər görülməli və dərslər daha praktik üsulla keçirilməlidir. Bunun üçün imtahan sistemində dəyişikliklər edilsə, daha yaxşı olar.