Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-31 11:51:00
“Tarixdə bu gün” - Yanvarın son günü nələr baş verib?

Bu günümüz dünənin aynasıdır. Dünən baş vermiş hadisələr bu gündə özünü göstərir. Əsasən tarixi əhəmiyyətli hadisələrin izləri illər keçməsinə baxmayaraq həmişə yaddaşlarda qalmaqdadır.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixindəki əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.

 

31 yanvar tarixində baş vermiş hadisələri təqdim edirik.

 

31 yanvar 1884-ci ildə Məhəmməd Əmin Rəsulzadə anadan olub:

 

 Açıklama yok.

Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü ilin yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-tatar məktəbində və Bakı Texniki Məktəbində alıb.

 

 M.Ə.Rəsulzadə xalqın maariflənməsi, bilgilənməsi, azad şəkildə fikirlərini ifadə etməkləri, öz ana dillərini qoruyub-saxlamaqları naminə müxtəlif qəzet və jurnallarla xalqa çıxış edib. M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olub.

 

Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.

 

31 yanvar 1902-ci ildə Şamaxıda 6.9 bal gücündə zəlzələ olub:

 

 Açıklama yok.

“Zəlzələ zamanı 2.000 nəfərdən çox sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, iki kilsə, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə yeksan olub.

 

Zəlzələ nəticəsində şəhərdəki 5.000 evdən 4.000-ni tamamilə dağılmış, həmçinin Şamaxı qəzasında yerləşən 126 kənddə 3.000-dən çox ev, 40 məscid və çoxlu təsərrüfat tikililəri dağılmışdı.

 

 

31 yanvar 1948-ci ildə Azərbaycanın Xalq artisti Mübariz Tağıyev anadan olub:  

 

Açıklama yok.

Mübariz Tağıyev 31 yanvar 1948-ci ildə İrəvan şəhərində anadan olub. İrəvan şəhərində Axundov adına 9 saylı orta məktəbdə oxuyub. Peşəkar idmançı olaraq üzgüçülüklə məşğul olub.

 

Ermənistan Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. Sonralar Bakıda Rəşid Behbudovun rəhbərliyi ilə Mahnı Teatrında solist kimi çalışıb. 1985-ci ildən Azərbaycan Dövlət Teleradio Komitəsində Rafiq Babayevin rəhbərliyi ilə Estrada-simfonik orkestrinin solisti vəzifəsində işləyib.

 

16 may 2006-cı ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına,14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

 

31 yanvar 1963-cü ildə Azərbaycan teatr və kino aktyoru Ələsgər Ələkbərov vəfat edib:

 

Açıklama yok.

Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyinə getməyə başlayıb. 1927–1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli ("Ölülər"), ikinci bələdiyyə ("Hücum") kimi yaddaqalan obrazlar yaradıb. Bir neçə il Tbilisi Azərbaycan Teatrında, Kirovabad Teatrında çalışıb, 1933-cü ildən Akademik Dram Teatrında işləməyə başlayıb. 31 yanvar 1963-cü ildə vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.

 

 

31 yanvar 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Azərbaycanın xalq şairi Xəlil Rzanın oğlu Xəlilbəyli Təbrizin şəhidlik zirvəsinə ucaldığı gündür:

 

Açıklama yok.

“Xəlilbəyli Təbriz1964-cü il 12 fevralda Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib. 1982-ci ildə o, Azərbaycan Dövlət İncəsənət Universitetinə daxil olub. Təhsilini davam etdirərək, həm də C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işıqçı işləyib. Xəlilbəyli Təbriz 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanır, Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, qəhrəmanlıq nümunəsi göstərir. Döyüş şücaətinə görə DİN-nin "Boz qurd" mükafatına layiq görülüb1992-ci il 31 yanvar Təbriz Xəlilbəylinin son döyüşü olur. O, Şuşanın mühasirədən çıxarılması üçün təşkil edilən Daşaltı əməliyyatı zamanı qəhrəmancasına həlak olub.

 

31 yanvar Nauru Respublikasının Azadlıq Günüdür:

 

Açıklama yok.

Nauru Sakit Okeanın cənub-qərbində oval formalı adadır..Ada mərcan rifi ilə əhatə olunaraq dəniz limanının yaradılmasına imkan vermir.Buna baxmayaraq rifdə olan kanallar vasitəsiylə kiçik qayıqlarla adaya getmək mümkündür.Adada ən yüksək nöqtə Command Ridge adlanır və dəniz səviyyəsindən 71 metr hündürlükdədir.

 

Nauruya ilk məskunlaşma Mikronezyalılar və ya Polinezyalılar tərəfindən ən az 3000 il əvvəl edilmişdir. Ənənəvi olaraq Nauruda 12 qəbilə tapılar, bu qəbilələr ölkənin 12 ulduzu olan bayrağında təmsil edilir. Naurulular soy ağaclarını anasoyluluk əsasında çıxarırlar.