Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-03 11:47:56
AzEdu.az-ın  ortaq müsabiqəsi ilə bağlı bütün suallara cavab – Qalib olmaq istəyənlər üçün CANLI YAYIM  

Bu gün saat 19:00-da "İlin gənc müəllimi-2019" müsabiqəsi ilə bağlı “Gənc müəllim” feysbuk səhifəsində canlı yayım olacaq.

AzEdu.az xəbər verir ki, canlı yayım zamanı müsabiqədə ilk 50-liyə düşə bilmək üçün vacib olan təqdimatın necə edilməsi haqda məlumat veriləcək.

Həmçinin, müəllimlər onlara aydın olmayan sualları rəydə yazaraq, ətraflı cavab ala bilərlər.

Müsabiqə AzEdu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil olunur.

"İlin gənc müəllimi-2019"müsabiqəsinin məqsədi motivasiya dolu həyat hekayələri olan, ilhamverən faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ortaya çıxarmaq, onları tanıdaraq mükafatlandırmaqdır.

Nəticədə, 3 gənc müəllim qalib elan ediləcək.

I yerin qalibi – 1000 AZN
II yerin qalibi – 500 AZN
III yerin qalibi – 250 AZN məbləğində pul mükafatı ilə təltif ediləcək.

Əlavə olaraq, 5 müəllim də həvəsləndirici yerin qalibi olacaq. Həvəsləndirici yer tutan gənclərin hər birinə 100 AZN pul mükafatı təqdim ediləcək. Finala keçən bütün iştirakçılara (10 nəfər) sertifikat və hədiyyə təqdim olunacaq.

Layihənin sonunda təqdimat mərasimi keçiriləcək. Keçənilki ənənəyə olaraq təltifetmə mərasiminin Milli Məclisdə keçirilməsi planlaşdırılır.

I mərhələdəqeydiyyatdankeçməküçün son tarix: 20.05.2019, saat 17:00

Qeydedəkki, “İlin Gənc Müəllimi - 2019” müsabiqəsi 23 apreltarixindənetibarən start götürüb. Layihə haqda ətraflı məlumatı bu linkdən əldə edə bilərsiz.