Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-29 15:39:00
Ən çox kimlər təqaüd alır? – Kişi, yoxsa qadın tələbələr... -STATİSTİKA

Rəsmi statistikaya əsasən, ölkənin ali təhsil müəssisələrinə tələbə qəbulunun artması müşahidə edilir.

 

Bununla yanaşı hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 55,3 faizi təqaüd alır.

 

Maraqlıdır, təqaüd alan tələbələrin neçə nəfəri kişi, neçə nəfəri qadındır?

 

Məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirilib ki, təqaüd alan tələbələrin ümumi sayı 98862 nəfərdir, bunlardan 54 347 nəfər qadın, 44 515 nəfəri isə kişidir.

 

“Bakalavr üzrə təhsil alan 88 510 nəfərin 49 528-i qadın, 38 982 nəfəri kişidir. Magistr üzrə 10 352 nəfərdən 4819 qadın, 5533 nəfər isə kişi tələbə təhsil alır”.