Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-29 14:01:12
Rəsədxananın 2024-cü il üçün fəaliyyət planı qəbul edilib

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Elmi şuranın növbəti iclası keçirilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə rəsədxanadan məlumat verilib. Bildirilib ki, iclasda rəsədxananın baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

 

Sonra alimlərin qarşısında duran vəzifələr, yeni plan işlərinin mövzuları müzakirə olunub.

 

Rəsədxananın 2024-cü il üçün fəaliyyət planı şura üzvlərinə təqdim olunub və nəzərdə tutulan fəaliyyətlərlə bağlı məsələlər diqqətə çatdırılıb. Müzakirələrin sonunda rəsədxananın 2024-cü il üçün fəaliyyət planı qəbul edilib.