Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-25 13:22:22
“Düşünən şagird” müsabiqəsinin qalibləri bəlli olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Düşünən şagird” müsabiqəsinin qalibləri bəlli olub.

 

AzEdu.az xəbər verir ki, müsabiqədə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin Vlll-Xl sinif şagirdləri iştirak edib.

 

Müsabiqənin nəticələrinə əsasən, 182 nömrəli tam orta məktəbin şagirdi Ayan Səfərova, 276 nömrəli tam orta məktəbin şagirdi Səbinə Hüseynova, MLK-nın şagirdi Fatimə Nəcəfli, 97 nömrəli tam orta məktəbin şagirdi Zəhra Bunyatova, 287 nömrəli Zəkalar liseyinin şagirdi Natavan Hacalıyeva I yerə layiq görülüblər.

 

Paytaxtdakı 83 nömrəli məktəb-liseyin şagirdi Şəms Kərimli, 189-190 nömrəli tam orta məktəbin şagirdi Aydan Məmmədli, 318 nömrəli tam orta məktəbin şagirdi Sənan Balakişiyev, 136 nömrəli tam orta məktəbin şagirdi Xədicə Əlizadə, 53 nömrəli tam orta məktəbin şagirdi Qönçə Qismətli II, 246 nömrəli məktəb-liseyin şagirdi Zeynəb Təhməzova, 128 nömrəli tam orta məktəbin şagirdi Sona Babayeva, 281 nömrəli tam orta məktəbin şagirdi Nihat Sultanov, 136 nömrəli tam orta məktəbin şagirdi Çimnaz Məmmədli, 156 nömrəli tam orta məktəbin şagirdi Leyla Babazadə isə III yeri tutublar.

 

Həmçinin 10 şagird xüsusi fəallıq göstərdiyinə görə Tərifnamə, 28 şagird isə Təşəkkürnamə ilə təltif olunacaq.

 

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək.

 

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu, yazı və təxəyyül bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və  dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsindən ibarətdir.