Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-25 11:55:07
DİM sədri: İmtahanlarda qaydaları pozan zal nəzarətçilərinin sayı azalıb

2015-ci ildən bu günə qədər zal nəzarətçiləri ilə bağlı qayda pozuntuları 3 faiz olduğu halda, keçən il bu göstərici 2 faiz olub.

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşündə çıxışı zamanı deyib.

 

DİM sədri qeyd edib ki, bu göstərici qəbul imtahanlarına aiddir:

 

"Buraxılış imtahanlarında isə bu göstərici 2 %-dən 0,5 %-ə çatıb. Adətən nəzarətçilərin iştirak etdiyi auditoriyada köçürülmə halları aşkarlanmasa da, sonradan nəticələrə baxanda bəzi köçürmələrin olduğu məlum olur. Belə olan halda nəzarətçi müəllimlərə xəbərdarlıq edirik, onun nəticəsi aşağı düşür. Yaxşı biliyi olan şagirddən kimsə köçürürsə bu məlum olur. Belə hal çox azdır. Hər bir imtahanın keyfiyyəti ona nəzarət edən şəxslərin gördüyü işdən asılıdır", - deyə bildirib.