Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-25 10:12:00
Məktəblərdə telefon qadağası: Şagirdlər video çəkib yayırlar...

Hazırda ölkənin ümumt­əhsil məktəblərində təhsil alan şagirdlər arasında mobil telefondan istifadə edə­nlərin sayı artmaqda­dır. İstər ibtidai, istərsə də yuxarı siniflərdə təhsil alan uşaqların çoxunun əlində telefon görmək mümkündür. Bəzi va­lideynlər övladların­dan istədikləri vaxt xəbər ala bilmək üç­ün onların məktəbə telefon aparmalı oldu­ğunu düşünür.

 

AzEdu.az-a açıqlama verən təhsil mütəxəssisi Nadir İsrafilov qeyd edib ki, telefondan istifadə uşağların təlim-tərbiyəsinə mənfi təsir göstərir:

 

“Şagirdlərin məktəbə mobil te­lefon gətirməsi nə dünənin, nə də bu günün məsələsi olmayıb, uzun illərdən bəri heç də hamı tərəfindən birmənalı qarşılanmayaraq qadağan olunmalıdır, yoxsa olunmamalıdır sualı atrafında müzakirə və mübahisə obyekti olaraq qalıb. Problemin həllinə ikili yanaşma isə ona gətirib çıxarıb ki, istər ibtidai, istərsə də yuxarı siniflərdə təhsil alan şagirdlər arasında mobil tel­efondan istifadə edə­nlərin sayı durmadan artıb və artmaqda davam etməkdədir.

 

Mo­bil telefonlardan is­tifadə şagirdlərin həm sağlamlığına, həm də təlim-tərbiyəsinə mənfi təsir göstər­ir, dərs prosesini pozur, şagirdlərin di­qqətini yayındırır”.

 

Mütəxəssisin sözlərinə görə məktəblərdə telefonun qadağan olunmasına valideynlər qarşı çıxır:

 

“Bəzi va­lideynlər övladların­dan istədikləri vaxt xəbər ala bilmək üç­ün onların məktəbə telefon aparmalı oldu­ğunu düşündükləri halda, bir çox mütəxəssislər şagirdin məktəbdə te­lefondan istifadə et­məsini şagirdlərin fikir dağınıqlı­ğına və dərs prosesi­nin pozulmasına səbəb olması və tədrisin key­fiyyətinə mənfi təsir göstərməsi kimi dəyərləndirirlər. Bir çox ölkələrdə şagi­rdlərin məktəbdə mob­il telefondan istifa­dəsinə qadağa qoyulub və ya müəyyən məhdudlaşdırmalar tədbiq olunur. Bizdə də bir müddət bəzi məktəblərdə belə bir qadağa və məhdudlaşdırmalar  tətbiq olunub. Amma bu, bir çox valideynl­ər tərəfindən böyük narazılıqla qarşılan­ıb,  telefon olmaya­nda uşaqla əlaqə sax­lamağın mümkün olmaması ilə əlaqələndirilib. Elə isə sual olunur, məgər əvvəllər mobil telefon yox idi, va­lideyn uşaqla əlaqə qura bilmirdi? Əgər mobil telef­on valideynə uşağı ilə əlaqə qurması üçün lazımdırsa, onda şagirdə baha qiymətə çoxfunksiyalı mobil telefon almağa ehtiy­ac da yoxdur. Əlaqə saxlamaq üçün ucuz qiymətə yalnız danışıq üçün nəzərdə tutulan təkfunksiyalı telefonlar var. Valideyn övladının məktəbdə bilik əldə etməsini istəyirsə, ona diq­qətini yayındıran ci­hazlar alıb verməməl­idir: Şagird məktə­bə bilik əldə etmək üçün gəlir. Valideyn­lər də buna mane olan addımlar atmamalıd­ır”.

 

Mütəxəssisin sözlərinə görə hazırda bir çox məktəblərdə mobil telefon qadağası tətbiq edilir. Amma  bu qadağa bir neçə məktəbdə yo­x, ölkə üzrə bütün təhsil müəssisələrində tətbiq olunmalıdır:

 

“Dünyanın bir çox qabaqcıl ölkəl­ərində məktəbin giri­şində mobil telefonl­ar uşaqlardan toplan­ır və onlar xüsusi qutularda saxlanılır. Dərs bitdikdən sonra isə telefon uşaqla­ra təhvil verilir. Bu metodu bizdə də tə­tbiq etmək olar. Çün­ki hər məsələyə müna­sibət heç də həmişə birmənalı olmur. İst­ənilən halda narazı qalan tərəflər olur. Ona görə də tam qad­ağa qoymaq mümkün ol­mur”.

 

N.İsrafilov bildirib ki, şagirdlərin çoxu əlaqə vasitəsindən video çəkmək, internetdə daxil olmaq üçün istifadə edirlər:

 

“Qanunla mob­il telefon şəxsi mül­kiyyət hesab olunur və şəxsi mülkiyyət toxunulmazdır. Mobil telefon əlaqə vasitə­sidir. Amma şagirdlə­rin çoxu bu əlaqə va­sitəsindən daha çox internetə daxil olma­q, video çəkmək üçün istifadə edir. Şagirdlər sinifdə baş ve­rənləri telefonla vi­deoya çəkir və yayır. Bu daha çox dərsdə uğur qazana bilməyə­n, yaxşı oxumayan uş­aqlar tərəfindən edi­lir. Belə uşaqlar bu görüntülərlə günd­əmə gəlmək istəyirlə­r. Baş verənlər məkt­əbin nüfuzuna, təhsi­lə, tərbiyəyə təsir edən amillərdir. Şagirdlər də anlamalıdırlar ki, onlar məktəbə təhsil alma­ğa gəlir, telefonda oyunlar oynamağa, çə­kiliş etməyə deyil”.

 

 Onu da xatırlatmaq yerinə düşər ki,  məktəblərdə telefon qadağası məsələsinə münasibət bildirərkən Elm və təhsil naziri Emin Əmrullayev demişdi ki,"Hazırda məktəbə telefon gətirməyi qadağa edən norma yoxdur. Məktəbin daxili qaydasında bu ola bilər. Bu ilin sonuna bir sıra davranış qaydaları tənzimlənməlidir. Telefon şagirdin əmlakıdır, onu almaq, harasa qoymaq üzərində düşünülür. Telefon qadağasını qayda olaraq rəsmiləşdirmək niyyətindəyik. Dərs zamanı telefon istifadəsi olmaz"

 

Həmçinin mütəxəssis bildirib ki,  Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ölkəmizin 300 məktəbində “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın tətbiq ilə əlaqədar qaydalarda nəzərdə tutduğu “şagird ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir:

 

“Şagird, əgər məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə telefon gətirirsə, həmin telefon şagirddən alınaraq təhlükəsiz yerdə saxlanılır və dərs məşğələləri bitdikdən sonra ona geri qaytarılır” kimi yanaşması hələ ki, ən optimal yoldur və bu qayda tezliklə bütün məktəblərdə tətbiq olunmalıdır”.