Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-23 17:47:00
Elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb
Elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
 
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a  məlumat verilib.
 
Bildirilib ki, 23 yanvar 2024-cü il tarixində Azərbaycan Texniki Universiteti ilə İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu arasında elmi-tədqiqat üzrə fəaliyyətin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
 
Memorandum “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanının icrası ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində imzalanıb.
 
İmzalanma mərasimində çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Memorandum çərçivəsində həyata keçiriləcək tədbirlərin elmin və təhsilin inteqrasiyasına, mövcud elmi potensialın qorunub saxlanmasına və inkişaf etməsinə, həmçinin ali təhsil müəssisələrində təhsilin məzmununu zənginləşdirməklə yüksək ixtisaslı kadrların hazırlanmasına böyük töhfə verəcəyini bildirib.