Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-17 23:40:00
Sumqayıtda Kollecin yataqxanası yanır- YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunaraq sakinlər təxliyə edilib.

 


23:30

 

Sumqayıtda Dövlət Texniki Kollecin yataqxanası yanır.


AzEdu.az xəbər verir ki, yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib. 

 

FHN-dən bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.