Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-15 09:06:00
Magistraturaya sınaq imtahanının nəticələri nə zaman açıqlanacaq?- RƏSMİ 

Xəbər verdiyimiz kimi, dünən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanına hazırlaşan bakalavrlar üçün sınaq imtahanı keçirilib.

 

 

DİM-dən AzEdu.az-a bildirilib ki, sınaq imtahanının nəticələri 2 həftə ərzində elan edilməsi nəzərdə tutulur.

 

Qeyd olunub ki, xarici dil fənni üzrə esselərin yoxlanılması bir qədər vaxt tələb etdiyinə görə nəticələr də hər zamankindən gec elan olunur.