Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-05 12:36:00
Magistratura imtahanı üçün buraxılış vərəqəsi çap oluna bilər - DİM

Məlum olduğu kimi, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA‑nın magistraturalarına  qəbul imtahanı (II cəhd) 11 iyun 2023-cü il tarixində keçiriləcək.

 

DİM-dən AzEdu.az-a verilən nəlumata görə, bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=145 linkinə daxil olmalıdırlar.

 

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa bakalavr imtahana buraxılmır.