Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-07 12:16:00
İmtahanlarda vaxtı necə bölmək lazımdır? – Vacib TÖVSİYƏLƏR

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixləri açıqlanıb.

 

Belə ki, 11 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanları martın 3-dən başlayıb, 10-na kimi davam edəcək.

 

İmtahan əsnasında abituriyentlərin qarşılaşdığı ən böyük problem vaxtın düzgün idarə olunma məsələsidir. Bəziləri sualı cavablandırarkən kifayət qədər vaxtının qalmadığını, bəziləri isə ümumiyyətlə, müəyyən sualları cavablandırmaq üçün vaxt çatdırmadıqlarını söyləyirlər.

 

AzEdu.az abituriyentlərə imtahan zamanı vaxtın idarə edilməsi ilə bağlı vacib tövsiyələri təqdim edir:

 

İlk növbədə, imtahan gedərkən qarşınıza qoyacağınız əsas məqsəd “bütün sualları oxuya bilmək” olmalıdır. Çünki oxumağa vaxt çatdırmadığınız suallar arasında cavablandıra biləcəyiniz bir sual olduğunu gördükdə bu sizi kədərləndirə bilər.

 

Dövlət İmtahan Mərkəzinin Psixoloji iş və maarifləndirmə sektorunun müdiri Xavər Dadaşovada abituriyentlərin imtahanda vaxtın idarə edilməsi baxımından yol verdikləri əsas səhvləri göstərərək, lazımı addımların atılması üçün öz tövsiyələrini verib:


“İmtahan vaxtının planlaşdırılmasında tez-tez buraxılan səhvlərdən biri də bütün fənlərə bərabər vaxt ayrılmasıdır. Məsələn, tutaq ki, abituriyent üç saat ərzində üç fəndən imtahan verməlidir və imtahan vaxtını planlaşdıran zaman hər fənnə 1 saat ayırır, lakin belə bir vəziyyətdə, çox güman ki, istənilən nəticəni əldə edə bilməyəcək, çünki nə kodlaşdırmanı, nə də bir fənnin öhdəsindən digərinə nisbətən daha tez gələcəyini nəzərə almayıb. Deyilənləri ümumilləşdirdikdə, növbəti tövsiyələri verə bilərik:


Testləri işləyən zaman vaxta nəzarət etmək:


Sınaq imtahanlarında iştirak zamanı hər bir fənn üçün vaxtı planlaşdırmaq:


İmtahanlara mexaniki qol saatı götürmək:

 

Ən yaxşı bildiyiniz fəndən başlamaq:

 

İmtahana ən yaxşı bildiyiniz fənndən başlamağınız tövsiyə olunur. Eyni zamanda, bu fənn həm də sizə ən yüksək bal verəcək fənnlərdən biri olmalıdır, çünki bunun 2 müsbət tərəfi var: ilk növbədə, bu sizin ən yaxşı bildiyiniz fənn olduğu üçün ardıcıl olaraq sualları heç bir tərəddüd etmədən cavblandırmaq sizin əhvalınızı yüksəldəcək. İkincisi, əgər sizdən asılı olmayan səbəblərə görə imtahanı yarımçıq tərk etməli olsanız, bu zaman yekun balınızın nisbətən yüksək olacağına ehtimal yaranır.

 

Özünüzlə imtahana bir mexaniki saat aparın.


Zamandan düzgün istifadə etmək keçən hər bir dəqiqənin fərqində olmaq və hər dəqiqədən mümkün qədər yararlanmaq deməkdir. Özünüzlə imtahana bir saat aparın və onu imtahanın davam etmə müddətinə uyğunlaşdırın. Bir imtahanda əsas məqsəd  vaxtı düzgün bölmək olduğu üçün imtahana saatla getmək mütləqdir. İmtahan nəzarətçisi sadəcə olaraq imtahanın başlama və bitmə vaxtını lövhədə yazır, lakin heç şübhəsiz, o, vaxtın axıb getməsinə sizin qədər həssas yanaşmır. İmtahanın bitməsinə nə qədər qaldığını bildirməsi isə sadəcə olaraq ümumi mənada xəbərdar etmək məqsədini güdür.