Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-30 13:20:00
“Tələbələr istehsalat təcrübəsinə barmaqarası baxır”

Bir çox universitetde tələbələr üçün istehsalat təcrübəsi axırıncı kursun son semestrı keçirilir.

 

Sosial şəbəkələrdə  işıqlandırılan şikayətlərdən biri də odur ki, bəzi ali məktəblər  təcrübəni keçəcəyi müəssisəni tələbələrin özlərinin tapmasını tələb edir.

 

Universitetlərin bu məsələni tələbələrin öhdəliyinə verməsi onlar üçün müsbətdir, yoxsa mənfi?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən “Azərbaycan Universitetləri“ platformasının rəhbəri Zöhrab Süleyman bildirib ki, əksər tələbələr təcrübə müddətinə barmaqarası baxır:

 

“Bu isə çox böyük bir səhvdir. Çünki, tələbə məhz təcrübə dövründə sırf həyata hazırlanır. Onun təcrübə keçdiyi istər pedaqoji, istərsə də istehsalat müəssisəsi gələcəyin potensial kadrını "gözaltı" etmiş olur. Azərbaycan Universitetlərində yaxşı nümunələr də var. Məsələn, Bakı Ali Neft Məktəbinin tələbələri mütləq qaydada 2-ci kursdan başlayaraq istehsalat təcrübəsi keçirlər. Bu onun nəticəsidir ki, BANM tələbələri diplom almadan belə işlə təminatda heç bir problem yaşamırlar. Ona görə ki, çox yaxşı formada təcrübə keçirlər”.

 

Həmsöhbətimiz qeyd edib ki, universitetlərin beynəlxalq əlaqələri və şirkətlərlə qarşılıqlı əlaqələri güclü olmalıdır:

 

“Bu gün biz hər hansı bir universitetin bir şirkətlə anlaşma memarandumlarının imzalanması haqda paylaşırıqsa, tələbələr buna ciddi yanaşa bilmirlər. Halbuki bu bilavasitə onlar üçündür. Nə qədər çox şirkət universitetlərlə əməkdaşlıq edirsə bu tələbələrin təcrübələri və iş həyatı üçün seçim imkanlarını artırır”.

 

Son olaraq Z.Süleymanov söyləyib ki, Azərbaycanın əksər universitetlərinin beynəlxalq əlaqələri və karyera mərkəzlərinin vəziyyəti ürəkaçan deyil:

 

“Ancaq təəssüf ki ortada acı reallıq var. Azərbaycanın əksər universitetlərinin beynəlxalq əlaqələri və karyera mərkəzlərinin vəziyyəti ürəkaçan deyil. Bu onun nəticəsidir ki tələbələr təcrübə keçərkən bir çox problemlə qarşılaşırlar. Tələbələrin sərbəst seçimində pis nəsə yoxdur. Tələbələr bundan maksimum istifadə edərək ən yaxşı kampaniyalarda, ən yaxşı yerli və ya transmilli şirkətlərdə təcrübə keçərək karyeralarını qura bilərlər. Əsas odur istək olsun”.