Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-16 13:04:00
Prezidentliyə namizədlər: İlham Əliyevin TƏHSİLİ

Bu il fevralın 7-si növbədənkənar prezident seçkiləri keçiriləcək. 7 nəfər prezidentliyə namizədliyini irəli sürüb.

 

Namizədlər sırasında  Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;. Milli Məclisin deputatı Zahid Oruc; Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev; Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev yer alır.

 

AzEdu.az Təhsil Portalı hər bir namizədin təhsili barədə məlumat verəcək.

 

İlk namizəd Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Heydər oğlu Əliyevdir.

 

İlham Əliyev 1961-ci ilin dekabrın 24-də Bakı  şəhərində anadan olub. Orta təhsilini 1967–1977-ci illərdə Bakı şəhərində yerləşən 6 saylı orta məktəbdə aldıqdan sonra elə həmin il Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub.

 

Məzun olduqdan sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 1985-ci ildən etibarən 5 il müddətində təhsil aldığı institutda müəllim kimi fəaliyyət göstərib.

 

2003-cü ildə Baş nazir kimi fəaliyyətə başlayıb, 2003-cü il oktyabrın 31-də isə prezident seçilmişdir. 2008, 2013, 2018-ci illərdə yenidən prezident seçilərək, vəzifəsini icra edir.

 

 

Qeyd edək ki, İlham Əliyev Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Tarix üzrə fəlsəfə, eləcə də siyasi elmlər doktorudur.