Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-21 13:08:00
İdarə rəhbərləri və maliyyə-mühasibatlıq işçiləri üçün seminar...

Dekabrın 20-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələrinin rəhbərləri, eləcə də maliyyə-mühasibatlıq işçilərinin iştirakı ilə praktiki seminar keçirilib.  

 

 

AzEdu.az xəbər verir ki, əvvəlcə Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov seminarın məqsədi, maliyyə-mühasibatlıq işçilərinin vəzifə və funksiyalarından irəli gələn məsuliyyətləri, onların bilik və bacarıqlarının artırılmasının zəruriliyindən danışıb. Seminarın əhəmiyyətini vurğulayan şöbə müdiri dövlət büdcəsində təhsil xərclərinin həcmi, qarşıda duran vəzifələr barədə iştirakçıları məlumatlandırıb, bir sıra təklif və tövsiyələr verib.

 

 

Daha sonra seminar Maliyyə, Təhsilin iqtisadiyyatı, Audit şöbələrinin əməkdaşlarının müvafiq təqdimatları və müzakirələrlə davam etdirilib.

 

 

Seminarın sonunda isə suallar cavablandırılıb, təklif və tövsiyələr səsləndirilib.