Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-20 13:47:00
Biznes və menecment fakültəsində şahmat turniri keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş fakültədaxili şahmat turniri keçirilib.

 

AzEdu.az xəbər verir ki, maraqlı və bir o qədər də gərgin keçən turnirin qalibi fakültənin IV kurs tələbəsi Əhməd İlyas olub. II və III yerlərin sahibləri isə  fakültənin III kurs tələbəsi İsmayıl Ağayev və I kurs tələbəsi Mətləb Fərəməzovdur.

 

Qaliblər medal və diplomlarla təltif olunublar