Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-15 14:57:00
Agentlik direktoru: Ali təhsilli insanların sayının artırılması üzərində işləyirik

"Biz ali təhsilli insanların sayının artırılması üzərində işləyirik".

 


AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttərova Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI qurultayının Elm və Ali təhsilin inteqrasiyası panelində deyib.

 


O, bildirib ki, maliyyələşmə nəticəsində universitetlər öz büdcəsini artırmaq istəyirlərsə, tələbə sayını artırmalıdırlar.

 

"Tələbə sayının artırılması təhsilin əlçatanlığına əsas verir. Elmə, yəni, universitetlərə ayrıca vəsait ayrılmır. Universitet maliyyəsini tələbə sayına əsasən təşkil edir".