Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-12 16:40:00
UNEC tələbələrinin işlə təmin edilməsinə KÖMƏK EDİR

Azərbaycan  Dövlət  İqtisad  Universiteti tələbələrin işlə təmin olunmasına yardımçı olmaq məqədi ilə yeniliklər etməyə davam edir.

 

AzEdu.az xəbər verir ki, bu barədə universitetin rektoru Ədalət Muradov  öz şəxsi feysbuk hesabında  paylaşım edib.

 

Paylaşımda qeyd olunub: “UNEC tələbə və məzunlarının əmək bazarında mövcud olan vakansiyalar haqqında operativ məlumatlandırılması və onların işlə təmin olunmasına yardım məqsədilə yenilədiyimiz job.unec.edu.az portalının istifafəyə hazırlıq vəziyyətini müzakirə etdik və zəruri qərarlar qəbul etdik. Yenilənmiş job.unec.edu.az ən qısa vaxtda UNEC tələbə və məzunlarının istifadəsinə veriləcək”.