Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-12 13:21:40
“Elmi məqalələrin hazırlanması qaydaları” - tələbələr üçün seminar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) magistrant və doktorantları üçün “Elmi məqalələrin hazırlanması qaydaları” mövzusunda seminar keçirilib.

 

AzMİU-dan AzEdu.az-a bildirilib ki, seminarda Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının dosenti, “Elmi əsərlər” jurnalının məsul katibi Samira Əkbərova mövzu üzrə təqdimat edib. Məruzəçi gənc tədqiqatçıları elmi məqalə anlayışı, elmi məqalənin strukturu, açar sözlərin seçilməsi, eləcə də giriş, əsas hissə və nəticənin yazılması, ədəbiyyat siyahısının tərtib olunması kimi vacib məsələlər barədə məlumatlandırıb. Beynəlxalq elmi bazalara daxil olan jurnallar, bazada məqaləyə uyğun jurnal axtarılması, qeydiyyat qaydaları, impakt faktor anlayışı, məqalənin seçilmiş jurnalın tələblərinə uyğun hazırlanması və jurnala təqdim edilməsi prosesindən danışıb.

 

Sonda iştirakçıların sualları cavablandırılıb.