2023-12-12 12:41:27
LDU kollektivi “Qarabağnamə” tamaşasını izləyib
Mədəniyyət Nazirliyinin Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş layihəsi çərçivəsində dekabrın 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Qarabağnamə” tamaşası ilə Lənkəran Dövlət Dram Teatrında Lənkəran Dövlət Universitetinin kollektivi qarşısında çıxış edib. LDU-nun rektoru, prof. Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim-tələbə-işçi heyəti Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış tamaşanı kollektiv şəkildə izləyib.
AzEdu.az xəbər verir ki, peşəkar aktyor heyətinin ifasında “Qarabağnamə” tamaşası LDU kollektivi tərəfindən alqışlarla qarşılanıb. Aktyorlara təzə-tər payız çiçəkləri təqdim edilib. Tamaşanın sonunda universitetin rektoru, prof. Natiq İbrahimov çıxış edərək kollektiv adından maraqlı səhnə əsərinə görə Akademik Milli Dram Teatrının kollektivinə və aktyor heyətinə minnətdarlığını bildirib.
Qeyd edək ki, quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov olan səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən bəhs olunur. Tamaşada İbrahim xan ictimai-siyasi, ailə-məişət hadisələri burulğanında mürəkkəb, təzadlı, faciəvi xarakter kimi təsvir edilir. Məmləkətin xanlıqlara parçalanması, düşmənə qarşı ittifaqın olmaması məğlubiyyətin və faciənin əsas amilləri kimi göstərilir.
Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Elnar Qarayev, aktyorlar Nigar Güləhmədova, İlyas Əhmədov, Ramin Şıxəliyev, Ləman İmanova, Cavidan Novruz, Firuzə Balayeva, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Elsevər Rəhimov və Tural İbrahimov ifa ediblər.
Səhnə əsərinin quruluşçu rəssamı İsmayıl Məmmədov, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada Xalq artistləri Polad Bülbüloğlu və Vasif Adıgözəlovun əsərlərindən istifadə olunub.
Xatırladaq ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb və 1997-ci il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyev Milli Dram Teatrının səhnəsində tamaşanı maraqla izləyib. Tamaşaya baxdıqdan sonra yaradıcı heyətlə görüşdə Heydər Əliyev əsəri yüksək qiymətləndirib, onun təbliğinin vacibliyini bildirib: “Mən hesab edirəm ki, bu əsər çox aktualdır, çox ibrətamizdir, dəyərli əsərdir. Bu əsərin çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, bu bizim mədəniyyət həyatımızda çox əlamətdar hadisədir. Bu əsəri çox geniş təbliğ etmək lazımdır”.
Bu bölməyə aid digər xəbərlər
BMU-da keçiriləcək SAT imtahanlarının tarixləri AÇIQLANIB
2024-05-20 14:44:20
İlahiyyat İnstitutunun beynəlxalq əlaqələri - ARAŞDIRMA
2024-05-20 11:17:00
Nazirlik: Musiqi məktəbində tədrisin bərpası təmin ediləcək
2024-05-18 17:13:25
Bakıda Başkent Universitetinin nümayəndəliyi açıldı
2024-05-18 15:16:23
Daha bir məktəblimiz uğur qazanıb
2024-05-18 14:46:44
"Yüksəliş"in qabiliyyət imtahanı üzrə iştirakçılarının sayı açıqlanıb
2024-05-18 12:13:57
MDU-nun nümayəndə heyəti Qazi Universitetində olub
2024-05-18 11:38:54
Bakıda “AzMİ Akademiya” yaradılır
2024-05-18 11:25:00
DİM sədri:Bəzi ixtisaslarda ballar arta bilər
2024-05-18 11:07:00
BMU-da görüş: Plagiata qarşı mübarizə aparılır
2024-05-17 16:54:39
kitabı
ÇOX OXUNANLAR
14 May 2024, 15:16
Qəbul imtahanları YAXINLAŞIR: Abituriyentlər bu məqamlara diqqət etsinlər
13 May 2024, 09:25
Azərbaycanın “Brend tələbə”ləri - SİYAHI
17 May 2024, 11:20
Müəyyən ixtisasların ləğvi nəzərdə tutulur - Agentlik direktoru
16 May 2024, 16:41
MİQ imtahanları: Hamı imtahan verib, Bakıda işləmək istəyir
11 May 2024, 10:35
14 aprel imtahanında ən yüksək bal toplayan ölkə birincisi
13 May 2024, 12:03
“Örnək müəllim”: Xarici dil müəllimləri sertifikasiyadan yüksək nəticə göstərəcəklər
14 May 2024, 10:45
Sertifikasiya: “Müəllim 20 il əvvəlki biliyi ilə dərs deyə bilməz”
16 May 2024, 15:46
Təhsil ocaqlarında Qərbi Azərbaycan guşələrinin yaradılması maraqlı ideyadır
FACEBOOK