Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-06 10:41:43
AzMİU-da yeni klub yaradılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "Söhbət Klubu" fəaliyyətə başlayıb. 

 

AzEdu.az xəbər verir ki, universitetin Strateji planlaşdırma şöbəsinin təşəbbüsü ilə yaradılan klub Memarlıq fakültəsində təhsil alan 30 həvəsli tələbəni bir araya toplayıb. 

 

Qeyd edək ki, klub tələbələri sağlam və yaradıcı mühitdə birləşməyə, boş zamanlarını mənalı dialoqlarla dəyərləndirməyə şərait yaradır.

 

"Söhbət Klubu" bundan sonra gənclərə memarlıq və dizayn istiqamətində cazibədar ideyaları, təcrübələri bölüşməyə imkan verəcəkdir. Eyni zamanda onları dinamik mübadiləyə həvəsləndirəcək, yoldaşlıq və  şəxsi inkişafa təşviq edəcək, bununla da uğurlu tələbə obrazı formalaşdıracaqdır.