Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-15 13:30:00
ADNSU-nun tələbələri internat məktəbində olublar  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən xeyriyyə klubunun üzvləri Xəzər rayonunun Türkan qəsəbəsindəki Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbində olublar.

ADNSU-dan AzEdu.az-a bildiriblər ki, internat məktəbində şagirdlərin dərsləri ilə maraqlanan tələbələr onlara müxtəlif hədiyyələr veriblər.

Qeyd edək ki, məktəbdə nitq qüsuru olan 175 şagird təhsil alır və yaşayır. Burada şagirdlər ümumi təhsil almaqla yanaşı, loqopedlər tərəfindən müalicə olunurlar. Onlara müalicəvi bədən tərbiyəsi və musiqili ritmika dərsləri keçirilir.