Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-03 09:24:00
Ali təhsil orta ixtisas təhsilindən nə ilə fərqlənir?

Əmək bazarında ali və orta ixtisas diplomu arasında böyük fərq qoyulur.

 

Bəs, görəsən bu fərq təhsil müəssisələrinimn tədris üsulunda da hiss olunurmu?  Ali təhsil kollec təhsilindən nə ilə fərqlənməlidir?

 

Mövzu ilə əlaqədar sabiq deputat, təhsil eksperti Sona Əliyeva AzEdu.az-a açıqlama verib.

Açıklama yok.

 

Ekspert bildirib ki, ali təhsil müəssisələrində təhsil keyfiyyəti bir neçə mərhələdə təyin olunur: “Bu faktorlar arasında tədris üsulu, dərslərin keçirilmə texnikası, infrastruktur, tələbələrə təqdim olunan imkanlar və daha bir çox element yer alır. Təhsil müəssisələrinin tədris üsulu və dərslərin keçirilməsi texnikası həqiqətən təhsil keyfiyyətinin bir hissəsidir, ancaq bununla yanaşı, dəyərləndirilməli olan başqa önəmli məqamlara da rast gəlirik.  

 

Təcrübə və təhsilin keyfiyyətini daha da artırmaq üçün tələbələr təhsil prosesinədə aktiv iştirak etməlidirlər. Təhsil müəssisələrinin təklif etdiyi imkanlardan maksimum dərəcədə istifadə etmək, əlavə təhsil fəaliyyətləri ilə maraqlı təcrübələr qazanmaq və tələbələr arasında müxtəlif üsullarla, faydalı təhsil təşkil etmək önəmli ola bilər”.

 

S.Əliyeva təklif edib ki, tələbələr üçün təcrübə proqramları hazırlanmalı, alternativlər təklif olunmalıdır: “Əgər universitetlər qarşısında tədqiqat-innovasiya yönümü dayanırsa, bu sahəyə uyğun fəaliyyətlər, proqramlar hazırlamaq haqqında düşünmək lazımdır. Universitetlərin təhsil keyfiyyətinin artırılması üçün bir neçə mühüm addımlar atılmalıdır. Ən son təhsil texnologiyaları və yenilikləri, effektiv tədris metodlarını tədrisdə istifadə etməklə ali təhsildə öyrənməni maraqlı etmək mümkündür. Hazırda bəzi universitetlərdə bu imkanlar mövcud deyil və bu da tədrisin keyfiyyətinə və tələbə məmnunluğuna təsir edir. Universitetlər tələbələrə uyğun mühit təmin etməli və onları təhsilə daha yaxşı təşviq etmək üçün lazım olan imkanları təklif etməlidir. Debat cəmiyyətləri, tələbəyönümlü klublar, tədqiqat laboratoriyalarında fəaliyyətə cəlb etmək və s. Müəssisənin və mədəni mühiti də diqqət mərkəzində olmalıdır. Tələbələrə  mədəni inkişaf üçün də imkanlar təklif etmək, tələbələrin sosial fəallıqlarını dəstəkləmək lazımdır. Tələbələrə təcrübə fürsətləri, müstəqil tədris planları təklif edilə bilər".

 

Sabiq deputat qeyd edib ki, tədrisdə yüksək keyfiyyətli müəllimlərə yer vermək lazımdır: “Keyfiyyətli müəllimlər ali təhsilin əsas diqqət yetirilməli sahəsidir. Tələbələrə uğurlu təhsil təqdim edən və onları inkişaf etdirmək üçün bacarıqlı müəllimləri təyin etmək vacibdir. Bu zaman yalnız dərəcəli müəllim amilini yox, dərəcəsiz və bacarıqlı, kompetensiyalı müəllimləri irəli çəkmək də faydalı olmağa kömək edər.