Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-02 12:32:07
Xaricdə təhsil alan 10 həkim Azərbaycanda fəaliyyətə başlayacaq

“Bu ilin sonuna yaxın Azərbaycanda TƏBİB tabeiliyində olan tibb müəssisələrində xaricdə təhsil alıb ölkəyə qayıdan 10 həkim aktiv fəaliyyətə başlayacaq”.

 

AzEdu.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

 

O qeyd edib ki, bunlar əsasən Almaniya və Türkiyə Respublikalarında çalışmış həkimlərdir.

 

TƏBİB sədrinin sözlərinə görə, regionlarda həkim çatışmazlığını aradan qaldırmaq üçün layihə həyata keçirilur: “Xaricdə təhsil alıb ölkəyə qayıtmış 79 həkim bu layihə üzrə işə başlayıb”.

 

V.Qurbanov əlavə edib ki, həkimlərin yaş həddi qanunvericiliklə tənzimlənir: “Lakin bəzi regionlarımızda bununla bağlı təkliflərimizi təqdim etmişik. Bəzi regionlarımızda həkim və tibb işçilərinin çatışmazlığını nəzərə alaraq, yaş həddi məsələsində nücafuq qurumkara təklifərimizi etmişik ki, bununla bağlə qanunvericilikdə bəzi məqamlar nəzərə alınsın. Hazırda bununla bağlı iş gedir”.