Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-01 15:33:39
Əmək bazarına uyğunlaşmaq üçün təkcə bilik kifayət etmir - REKTOR

“Bu gün əmək bazarına uyğunlaşmaq üçün təkcə bilik kifayət etmir, eyni zamanda bacarıq da lazımdır”.

 

AzEdu.az xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Təhsilin İnkişafı Forumunda "İnnovasiya ekosisteminin yaradılması" panelində çıxışı zamanı deyib.

 

“Hansısa sahə üzrə bacarıq əldə etmək üçün biz yalnız sənaye müəssisələrində təcrübə qazanmalıyıq. Bu gün sənaye özü yeniliklər yaradır. Bu yeniliklərdən xəbərimiz olmalıdır. 10 il ərzində gəncliyin psixologiyası dəyişib. Nəsil dəyişdikcə, sənayenin tələbləri də dəyişir. Bizim universitetlərdə də bu nüans sürətlə dəyişməlidir.

 

Universitetin uğuru yüksək bal toplayan tələbələrimizin diqqətini cəlb edən proqram məzmunu, idarəetmə, şəffaflıq ilə yanaşı sənayenin içərisində olmağıdır. Bu forumun əsas nəticəsi Azərbaycan universitetlərinə bir çağırışdır. Hesab edirəm ki, universitetlərimiz bu gündən sonra bu çağırışa cavab olaraq öz idarəetmə fəaliyyətini tamamilə bu istiqamətdə yönəldəcəkdir”.