Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-25 09:09:01
Xaricdə təhsil hüququ qazanan tələbələrlə GÖRÜŞ

2023–2024-cü tədris ilində Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Macarıstan, Çin, Rumıniya, Türkiyə (doktorantura/ YTB) və digər ölkələrdə təhsil almaq hüququ qazanmış bir qrup tələbə ilə görüş keçirilib.   

 

AzEdu.az xəbər verir ki, görüşdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, Xarici İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəis müavini Fuad Əzizov, Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin müdiri Xıdır Kazımov, həmçinin Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, Azərbaycan – Macarıstan Məzunları İctimai Birliyi, Azərbaycan – Çin Məzunları Assosiasiyasının İdarə Heyətinin üzvləri və digər qonaqlar iştirak ediblər.

 

Görüşdə əvvəlcə Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov tədbir iştirakçılarını salamlayaraq görüşün mahiyyətindən danışıb.  

 

Daha sonra nazir müavini Həsən Həsənli çıxışında xaricdə dövlət hesabına təhsil imkanlarının genişləndirildiyini, bu imkanlardan faydalanan gənclərin sayının ildən-ilə artdığını diqqətə çatdırıb. Xaricdə təhsil təcrübəsindən söz açan nazir müavini Azərbaycan gənclərinin xaricdə təhsil almasının əhəmiyyətini vurğulayıb. 


 
Tədbirdə iştirak edən digər qonaqlar tələbələri təbrik edib, onlara tövsiyələrini çatdırıblar. 


 
Görüşdə HTP çərçivəsində xaricdə təhsilə dair statistik məlumatlar, eyni zamanda, görülən işlərə dair videoçarx təqdim edilib. 

 

Sonda tələbələr fikirlərini bölüşüb, onları maraqlandıran suallar cavablandırılıb. 

 

Qeyd edək ki, 2023–2024-cü tədris ili üzrə ümumilikdə 188 nəfər HTP çərçivəsində xaricdə təhsil almaq hüququ qazanıb.  

 

Daha ətraflı məlumatla aşağıdakı videoçarx vasitəsilə tanış olmaq mümkündür: