Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-13 11:00:00
IV qrant müsabiqənin vaxtı uzadıldı-Təhsil Nazirliyi

Məlum olduğu kimi Təhsil Nazirliyi tərəfindən “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi” elan edilmiş və müsabiqə üzrə sənədlərin qəbulu üçün nəzərdə tutulmuş son tarix 31.03.2020-ci ildən 18.04.2020-ci il saat 18:00-dək uzadılıb.

 

AzEdu.az xəbər verir ki, bu həftə müsabiqəyə müraciət etmək üçün son həftədir. Müsabiqə ümumi təhsil müəssisələri və pedaqoji işçilər üçün nəzərdə tutulduğundan və məktəb mühitində təhsilverənlər və təhsilalanlar üçün inkişaf və innovasiyanı dəstəklədiyindən, elan edilmiş müsabiqə mövzuları üzrə ideyası olan pedaqoji işçiləri bu fürsətdən yararlanmağa çağırırıq.

 

Müsabiqəyə müraciət www.grants.edu.az portalı üzərindən həyata keçirilir. Müsabiqəyə müraciət edilməsi qaydaları ilə həmin portalda izahedici xarakterli məlumatlar yerləşdirilib. Eyni zamanda, layihənin hazırlanması və təqdim edilməsi ilə bağlı əsas məqamların izahı və yaranan sualların cavablandırılması məqsədilə aprelin 2-də vebinar keçirilib, həmin vebinarın videoyazısı vasitəsi ilə də qaydalarla təkrar tanış olmaq mümkündür (https://youtu.be/Thk3kvFn6os).

 

Qeyd edək ki, layihənin təqdim edilməsi ilə bağlı rastlaşdığınız çətinliklər, yaxud sizi düşündürən suallarınız varsa,  [email protected]  saytına müarciət edə bilərsiniz .