Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-23 10:56:30
Bokusçu tələbə növbəti yarışlara hazırlaşır

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Şahmar Rəfili fakültənin tələbəsi, beynəlxalq turnirlərin dəfələrlə qalibi və mükafatçısı olmuş, tanınmış boksçu Şəmsi Şahbazovla görüşüblər.

 

AzEdu.az xəbər veir ki, görüş zamanı onun təlim-məşq prosesi ilə maraqlanıblar. Tələbəmizin məşq zamanı qarşılaşa biləcəyi çətinliklərdə köməklik göstərməyə daim hazır olduqlarını bildiriblər.  Növbəti böyük turnirlərdə ona uğurlar arzulayıblar. 

 

Boksçu tələbəmiz öz növbəsində AzMİU rəhbərliyinə ona göstərilən diqqət və qayğıya, həmçinin universitetin İdman Kompleksində yaradılmış hərtərəfli şəraitə görə minnətdarlığını ifadə edib. 

 

Qeyd edək ki, Şəmsi Şahbazov Boks üzrə Heydər Əliyev Kuboku, “Böyük İpək Yolu” və Gürcüstanda keçirilən beynəlxalq turnirlərin çempionu olub. Bu ilin avqustunda Rusiyanın Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr olunan Beynəlxalq Universitet İdman Festivalında da qaliblər arasında yer alıb və Vətənə medalla dönüb. 

 

Tələbəmiz hazırda növbəti böyük turnirlərə hazırlaşır, onun təlim-məşq prosesi uğurla davam edir.