Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-20 12:01:38
UNEC -də müzakirə keçirilib

UNEC-də “Oxu mədəniyyəti” Tədbirlər Planı çərçivəsində Kitabxana-İnformasiya Mərkəzi və Elektron İdarəetmə Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsi: 100 müzakirə” adlı növbəti tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru,  tar.ü.f.d. Adilə Abdullayeva müzakirənin Dövlət Müstəqilliyinin Bərpası Günündə keçirilməsinin böyük rəmzi mənası olduğunu diqqətə çatdıraraq, Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində və onun əsas elementlərindən olan milli iqtisadiyyatın, təhsilin və informasiya texnologiyalarının inkişafında müstəsna xidmətlər göstərdiyini bildirib.

 

Sonra Elektron İdarəetmə Mərkəzinin Texniki xidmət şöbəsinin müdiri, i.ü.f.d Nizami İsmayılov çıxış edərək, Heydər Əliyevin bütün digər sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsinə də yüksək qayğı ilə yanaşdığını, xüsusilə də, bu sahədə müəssisələrin yeni texnologiyalarla təchizatı, kadr hazırlığı məsələsinə böyük diqqət ayırdığını diqqətə çatdırıb.

 

Tədbir Əsaslı kitabxananın müdir müavini Yusif Musayev, Şəbəkə xidməti və informasiya təhlükəsizliyi şöbəsinin müdiri Elnur Musayev, ETM-nin baş mütəxəssisi Ofelya Mazanova, şəbəkə admini Teymur Ağazadənin informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində ölkədə əldə olunan uğurlardan və bu sahədəki yeniliklərin rəqəmsal universitet modelində tətbiqindən danışıblar.