Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-18 14:16:00
Məktəblərdə dərs vaxtı artırılır? - “45 dəqiqədən çox...”

Ölkəmizdə bir çox abituriyent ali təhsil müəsissələrinə hazırlıq üçün məktəbdən əlavə repetitor yanına gedir. İctimayyətdə düşünülür ki, məktəblərdə keçirilən dərs saatı yetərincə olsa, şagirdlərin böyük bir qisminin xüsusi hazırlıq kurslarına getməyinə və repetitorlara müraciət etmələrinə ehtiyac qalmaz. Təklif olunur ki, məktəblərdəki dərs vaxtı 45 dəqiqədən daha çox olsun.

 

Mövzu ilə əlaqəli AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, şagirdlərin dərs yükünün artırılması ilə heç nəyə nail ola bilmərik:

 

Əksinə, bu addım atılarsa, onları təhsildən bezdirəcəyik. Dərs vaxtının 45 dəqiqədən çox olması repetitor fəaliyyətinin qarşısını almağa təsir edəcək əsas faktor deyil. Repetitor fəaliyyətinin qarşısını almaq, həmçinin dərslərin məhsuldar keçməsinə nail olmaq istəyitiksə, qəbul imtahanlarında fənn sayını azaltmalıyıq. Abituriyent 5-6 fənn yerinə, 2-3 fəndən imtahan verərək ali təhsil müəssisəsinə qəbul olsun”.

 

E.Əfəndinin sözlərinə görə sinifdə 35-40 şagirdlə 45 dəqiqə ərzində lazımi dərəcədə bilik almaq mümkün deyil:

 

“Dərslərin keyfiyyətini artırmaq üçün sıxlığı aradan qaldırmaq lazımdır. Buna ancaq ölkədəki təhsil müəssisələrinin sayını 5000-5500-ə çatdırmaqla nail ola bilərik”.

 

Ekspert ali məktəblərə qəbul imtahanlarının formatını dəyişdirməyi təklif edib:

 

“9 və 11 illik (baza) kolleclərə, həmçinin ali təhsil müəssisələrinin V ixtisas qrupuna qəbul olmaq üçün abituriyentlər 3 fəndən imtahan verdikləri qayda  digər ixtisas qruplarına da tətbiq edilsə şagirdlər müvafiq fənlər üzrə bilik və bacarıqlarını daha yaxşı şəkildə təkmilləşdirə bilərlər”.

 

Sifayə Abbas