Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-06 09:27:15
“İnformasiya təhlükəsizliyi və məxfilik” mövzusunda təlim başa çatıb

 Dövlət İmtahan Mərkəzi və İnkişaf Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Asiya-Sakit Okean Təlim Mərkəzinin (APCICT/ESCAP) birgə təşkilatçılığı keçirilən iki günlük “İnformasiya təhlükəsizliyi və məxfilik” mövzusunda Milli təlim keçirilib.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib. 

 

Xatırladaq ki, 40-dan çox dövlət orqanının nümayəndələrinin iştirakı ilə keçirilən təlim dövlət qurumları və bu sahədə maraqlı tərəflər arasında informasiya təhlükəsizliyi və məxfilik konsepsiyaları haqqında məlumatların öyrədilməsi məqsədi daşıyıb. Təlimdə informasiya təhlükəsizliyi ilə bağlı təhdidlər və çağırışlar, informasiya təhlükəsizliyi siyasətinin əhəmiyyəti, yaradılması və həyata keçirilməsinə dair tələblər və digər ölkələrdə beynəlxalq informasiya təhlükəsizliyi təşkilatları tərəfindən müəyyən edilən məxfiliyin qorunması standartları haqqında mövzular iştirakçılara təqdim olunub. İştirakçılarla mövzulara dair qrup işləri və interaktiv tapşırıqlar həyata keçirilib.

 

Təlimi APCICT-in Elektron Məxfilik Məlumat Mərkəzinin Kibertəhlükəsizliyin idarəolunması üzrə direktoru Freddy Tan aparıb.

 

Təlimin ikinci gününün sonunda iştirakçılara Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və APCICT/ESCAP-in direktoru Kiyounq Ko tərəfindən sertifikatlar təqdim olunub.

 

Təlim modulunun Azərbaycan dilinə tərcümə olunmuş materialı ilə buradan tanış ola bilərsiniz.