Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-06 09:01:47
“Təhsildə yeni çağırışlar” IV beynəlxalq forumu keçirilib

Oktyabrın 5-də “Təhsildə yeni çağırışlar” IV beynəlxalq forumu keçirilib.

 

AzEdu.az xəbər verir ki, forum Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Təhsil İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı, eləcə də Təhsil TV, “Azərbaycan müəllimi” qəzeti və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formatda keçirilib.

 

Forumun keçirilməsində əsas məqsəd təhsildə yeni çağırışları müzakirə etmək, müasir dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır.

 

Açılış nitqi ilə çıxış edən “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının koordinatoru Cəfər Mənsimi Beynəlxalq Müəllimlər Gününə həsr olunan forumun məqsədi və vəzifələri barədə məlumat verib.

 

Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov forumun əhəmiyyətini yüksək qiymətləndiriblər və müzakirə ediləcək məsələlərin Azərbaycan təhsilinə böyük töhfə olacağını vurğulayıblar.

 

“Daha təhsilli gələcək” devizi ilə keçirilən forum effektiv öyrənmə mühiti, yeni dövrdə öyrənmə mədəniyyəti və oxu savadlılığı mövzularını əhatə edib.

 

Forumda İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer, Maya Məktəblər Şəbəkəsinin qurucusu, Türkiyənin sabiq milli təhsil naziri Ziya Selçuk, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin akademik direktoru Turan Zəkəriyəyeva, “BP Azerbaijan” şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Harvard Universitetinin professoru və Qlobal Təhsil İnnovasiyaları Təşəbbüsünün direktoru Fernando Reimers, yazıçı, psixoloq Azra Kohen çıxış ediblər.