Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-11 12:08:51
Göründü: Məktəbdə proqramı kafi belə verə bilməyən müəllimlər çalışıb

Sertifikatlaşdırma göstərdi ki, təhsil siatemimizdə orta məktəb proqramını nəinki yaxşı, kafi belə verə bilməyən müəllimlər çalışıb.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.

 

O bildirib ki, 2026-cı ilə qədər aparılacaq sertifikatlaşdırma çərçivəsində Pedoqoji heyətin 10-15 faiz yenilənməsini düşünülür: "Yaxşı hal odur ki, müəllimlərin işə qəbulu prosesi çərçivəsində işə qəbul edilənlərin 80 faizi sertifikatlaşdırmada yüksək nəticə göstərir. Bu ildən etibarən Bakı şəhərində pilot olaraq metodiki xidməti başlayacağıq. Müəllimə dəstək sistemi yerində olmalıdır. Hazırda bu sistem çox zəifdir. Yüksək bal toplamış müəllimlər arasından metodist müəllimləri seçib, digərlərinə təlim keçmələrini təşkil etməyi düşünürük".