Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-07 16:26:00
Qabiliyyətdən müsbət qiymət alanlara müraciət...

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə plan yerlərinin komplektləşdirilməsi məqsədilə Bakı şəhərində yerləşən qabiliyyət imtahanı komissiyaları üzrə məqbul qiymət alan abituriyentlərə regionlarda yerləşən ali təhsil müəssisələrinin müvafiq komissiyalarının ixtisaslarını (musiqi üzrə alətlər nəzərə alınmaqla) seçməyə icazə verilir.

 

AzEdu.az xəbər verir ki, bundan əlavə, regionda yerləşən qabiliyyət imtahanı komissiyaları üzrə məqbul qiymət almış abituriyentlər Bakı istisna olmaqla, digər regionların ali təhsil müəssisələrinin müvafiq komissiyalarının ixtisaslarını (musiqi üzrə alətlər nəzərə alınmaqla) seçə bilərlər.

 

Komissiya kodları və ixtisaslar

 

13 – Təsviri incəsənət müəllimliyi (Bakı)

81 – Təsviri incəsənət müəllimliyi (Gəncə Dövlət Universiteti)

89 – Təsviri incəsənət müəllimliyi (Lənkəran Dövlət Universiteti)

32 – Musiqi müəllimliyi (Bakı)

76 – Musiqi müəllimliyi (Naxçıvan Dövlət Universiteti)

83 – Musiqi müəllimliyi (Gəncə Dövlət Universiteti)

 

Qeyd. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi 9 sentyabr saat 23:59-dək davam edəcək. Boş qalan plan yerlərinin siyahısı “Abituriyent” 7 jurnalında dərc olunub.