Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-06 14:07:14
BMU əməkdaşının dərs vəsaiti nəşr olunub

Bakı Mühəndislik Universiteti (BMU) İqtisadiyyat və idarəetmə fakültəsi İqtisadiyyat kafedrasının baş müəllimi, i.ü.f.d. Ceyhun Vəliyevin “İstehsalın iqtisadiyyatı və menecmenti” adlı dərs vəsaiti nəşr olunub.

 

AzEdu.az xəbər verir ki, dərs vəsaiti bakalavriat və magistratura  səviyyəsi üzrə təhsil alan tələbələr üçün “İstehsalın iqtisadiyyatı və menecmenti proqramı” əsasında hazırlanıb.

 

VI fəsildən ibarət kitabda istehsalın iqtisadiyyatda rolu və istehsal prosesi haqqında önəmli məlumatlar yer alıb.

 

Belə ki, ay­dın və yığ­cam ya­zı üs­lu­bu, prak­ti­ki nü­mu­nə­lə­ri ilə bir­lik­də tə­lə­bə­lər üçün ide­al dərs­lik və is­teh­sa­lat­da ça­lı­şan­lar üçün də­yər­li mən­bə rolunu oynayacaq kitab, həmçinin is­teh­sal pro­se­si­ni, on­la­rın re­al vəziyyətlərdə tət­bi­qi­ni tənzimləyən fun­da­men­tal prin­sip­lə­ri ba­şa düş­mək is­tə­yən hər kəs üçün va­cib nəşrdir.

 

Dərs vəsaitindən menecment iqtisadiyyatı, sənaye iqtisa­diyyatı və mühəndis iqtisadiyyatı fənlərinin tədrisində də istifadə etmək olar.