Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-26 09:04:35
Təhsil tələbə krediti üçün müraciətlərin qəbulu davam edir

2023–2024-cü tədris ilinin payız semestri üçün təhsil tələbə krediti (TTK) üzrə qeydiyyat prosesi davam edir. 2-ci və daha yuxarı kurslarda təhsil alan tələbələr kredit üçün müraciət edə bilərlər.  

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, tələbələr Təhsil Tələbə Krediti Fondunun 146 – 5 Çağrı Mərkəzinə zəng etməklə, eləcə də fondun www.e-ttkf.edu.az portalı, 051 206 78 48 “WhatsApp” nömrəsi və sosial şəbəkələrdəki səhifələri üzərindən müraciətlərini ünvanlaya bilərlər.

 

Qeyd edək ki, bu günədək ümumilikdə 24 931 tələbənin müraciəti rəsmiləşdirilib. Kredit ayrılmış 9 002 nəfər sosial, 15 929 nəfər isə standart TTK-dan yararlanıb.