Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-05 21:04:11
UNEC - də tələbə təqaüdü : 625 manat 

UNEC-də tələbələr arasında da rəqabətin stimullaşdırılmasına xüsusi diqqət verilir və rəqabət qalibləri hər ay 625 manat təqaüd qazana bilərlər.

 

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov rəsmi feysbuk səhifəsində paylaşım edib.

 

Bildirib ki, Prezident təqaüdü 275 manat, əlaçı təqaüdü 175 manat,  UNEC TOP 15 təqaüdü  isə 175 manat (hər kurs üzrə imtahan nəticəsi ən yüksək olan 15 tələbəyə şamil olunur) = 625 manatdır.

 

Bundan əlavə, 600 və daha yüksək balia UNEC-ə qəbul olan tələbələrə, Beynəlxalq və respublika fənn olimpiada qaliblərinə 100 AZN təqaüd verilir.