Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-31 12:17:00
Şəhid Mehman Qənbərovun oğlu:"Magistr təhsilimi Almaniyada almaq istəyirəm"

Ötən gün ali təhsil müəssisələrinə ixtisas seçiminin cavabları açıqlandı. 51941 abituriyent tələbə adını qazanıb. Bizi xüsusilə sevindirən xəbər isə şəhidlərimizin övladlarının da bu adı qazanmış olmasıdır.

 

Belə ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ Müharibəsi şəhidi Mehman Qənbərovun oğul övladı da qəbul olunanlar arasındadır.

 

Təssüratlarını AzEdu.az-la bölüşən Qənbərov Nurlan və anası Xuraman Qənbərova olduqca sevincli olduqlarını bildiriblər:

 

Nurlan, Azərbaycan Neft və Sənaye Universitetinin Energetika mühəndisliyi ixtisasına qəbul olub:

 

“Düşünürəm ki, bu ixtisas dövrün inkişaf tələbinə uyğun olaraq yaxşı işlər qazandıra bilər. Gələcək hədəfim Almaniyada magistr təhsili almaqdır. Çünki bu kimi ixtisasların həmin ölkədə daha yaxşı tədris olunduğunu hesab edirəm”.

 

Nurlanın anası Xuraman xanım isə sevincini bu sözlərlə ifadə etdi:

“Çox sevincliyik. Övladımın baş verənlərə baxmayaraq əzmini itirməməsinə və çalışaraq istədiyini əldə etməsi ilə qürur duyuram. Bu bizlər üçün fəxrdir”.