Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-31 09:51:00
Boş qalan yerlərə ixtisas seçimi bu tarixdə olacaq - RƏSMİ
Xəbər verdiyimiz kimi, dünən ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri elan olundu. 
 
 
Ali məktəblərin boş qalan yerlərinə yenidən ixtisas seçimi etmək istəyən şəxslər sözügedən prosesin nə zaman olacağı ilə bağlı kütləvi suallar ünvanlayırlar.
 
 
 
DİM-dən AzEdu.az-a bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı həftə sonunadək “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.
 
 
 
"Həmin yerlərə ixtisas seçimi sentyabrın 4-dən 9-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər" - deyə mərkəzdən bildirilib.
 
 
Qeyd dək ki, I ixtisas qrupu üzrə 1753 yer. II ixtisas qrupu üzrə 357 yer. III ixtisas qrupu üzrə 1174 yer. IV ixtisas qrupu üzrə 234 yer. V ixtisas qrupu üzrə isə 383 yer boş qalıb.