Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-20 15:24:00
Köçürməyə şərait yaradan nəzarətçi imtahandan kənarlaşdırılıb

Dövlət İmtahan Mərkəzi bu gün III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

 

 DİM-dən AzEdu.az-a verilən məlumata əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

 

"1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Baş verən qayda pozuntuları protokollaşdırılıb və araşdırma aparılacaq"-deyə DİM-dən bildirilib.