Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-25 11:26:48
Məktəb başlayır! Uşaqların dərsə adaptasiyası üçün nə etməli ? - Psixoloq  

Yeni tədris ilinin başlamasına artıq sayılı günlər qalıb. Bu mənada şagirdlərin məktəbə adaptasiyası yenidən aktuallaşır.

 

Bəzi şagirdlər yay tətilində uzun müddət istirahətə yer verdikləri üçün bəziləri isə tətil müddətində də dərs oxuduqlarına görə yeni tədris ilinə uyğunlaşa bilmirlər.

 

Bəs valideynlər övladlarının dərslərə adaptasiya olması üçün nələr etməlidir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Ezgi Şahin qeyd edib ki, yay tətilində yetəri qədər dincələ bilməyən şagirdlərin məktəbə adaptasiyası çətin olacaq:

Açıklama yok.

 

“Şagirdlər məktəbi bitirib yay tətilinə başladıqdan sonra, valideynlər övladlarının zehninin müəyyən qədər dincəlməsinə şərait yaratmalı və onları bəzi fəaliyyətlərə yönləndirməlidir. Məsələn, üzgüçülük, basketbol, futbol və s. buna bənzər məşğuliyyətlər uşaqlar üçün çox faydalıdır. Onlar yayda məktəb abu-havasından çıxmalıdır. Amma müşahidələrimiz əsasında görürük ki, 3 ay, yay tətili müddətində də övladlarını dərs oxumağa, kursa getməyə məcbur edirlər. Bunlar 10-11 deyil, 5-6-cı siniflərdə oxuyan uşaqlardır.

 

Daha kiçik yaşlardan şagirdləri bu qədər oxumağa sövq etməyin nəticəsində onlar təhsilə bir qədər həvəssiz yanaşacaqlar. Belə hallarda yay tətilini düzgün keçirməmiş, dincələ bilməmiş uşaqlar məktəbə getmək istəmir və dərslərə adaptasiya ola bilmirlər”.

 

Psixoloq vurğulayıb ki, dərslərə daha yüksək səviyyədə və keyfiyyətli hazırlaşması üçün valideynlər uşaqlarını motivasiya etməlidir:

 

“Yeni tədris ili başladıqdan sonra şagirdlər məktəbdən və ya kursdan gəldikdən sonra, dərhal yeni günün dərslərini hazırlamağa keçməməli, mütləq özlərinə istirahət vaxtı ayırmalıdırlar. Ehtiyac olmadığı halda valideynlər onların dərs oxumaqlarına qarışmamalıdır. Dəstək vermək olar, amma müdaxilə etmək uşaqları daha çox həvəsdən sala bilər. Uşaqlar öz məsuliyyətlərini hiss etməlidir. Valideynlər buna imkan verməyəndə bu övladlarında aqressiyanın yaranmasına səbəb olur”.