Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-23 14:36:00
Professor söz verdi:  Qarabağdakı tələbələrlə görüşəcək  

İşğaldan azad olunmuş ərazilərimizdə məktəblərin bərpası davam edir.

 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər. Yaxın günlərdə Şuşa şəhər 1 nömrəli tam orta məktəbin açılışıda gözlənilir.

 

Gələcəkdə işğaldan azad olunmuş ərazilərimizdə ali təhsil müəssisələrində bərpası nəzərdə tutulur. Bir sözlə, təhsil Qarabağa qayıdır.

 

Bəs Qarabağda bərpa olunan təhsili beynəlxalq platformalara transformasiya etmək mümkündürmü?

 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli vurğulayıb ki, təhsil sisteminin bütünlükdə Qarabağa transformasiyası çox böyük milli hadisədir:

 

 

“Hətta bu,  millilikdən çıxıb, beynəlxalq bir miqyas alacaq. Bütün dünya biləcək ki, Azərbaycan öz torpaqlarını necə azad etdi və o torpaqlarını necə qoruyur. Bu mənada istər ümumtəhsil , istər ali təhsil ocaqlarının Qarabağda bərpa olunması, çox  vacib addımdır. Bu gün Özbəkistan Prezidenti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzulidə 1 nömrəli tam orta məktəbin aşçılışında iştirak etdilər. Düşünürəm ki, burada təhsillə bağlı  Özbəkistanla hansısa əməkdaşlıqlar olacaq. Buna dəqiq bir proqnoz verə bilmərəm, amma belə düşünürəm.

 

 

Məktəb müqəddəsdir. Bu anlayışı işğaldan azad olunmuş ərazilərimizdə reallaşdırmaq çox mühüm amildir. Ona görə də Qarabağda məktəblərin və universitetlərin açılmasını bu yaşımda da səbirsizliklə gözləyirəm. Dostlarıma və professor zümrəsinə xahiş edəcəyəm ki, hamımız yığışıb, ən azı ayda 2 dəfə Qarabağdakı tələbələrlə görüş keçirək. Onlar görsünlər ki, biz Qarabağımızı necə sevirik”.

 

 

 

Müsahibimiz vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərimizdəki təhsil bütün dünyada tanınacaq:

 

 

“Prezident İlham Əliyevin diplomatiyası o qədər güclüdür ki, dünya bu uğurlu diplomatiyanın sirlərini öyrənməyə çalışır. 44 günlük Qarabağ müharibəsindəki qələbəmizin sirrini bütün ölkələr açmaq istəyir. Düşünürəm ki, Azərbaycandakı xüsusilə də, Qarabağda təhsilin inişafı və intişarında Prezidentin dəstəyi və iradəsi var. Ona görə də azad olunmuş torpaqlarımızdakı məktəblər və ali təhsil ocaqları çox güclü səviyyədə formalaşacaq. Məlumdur ki, Türkiyənin təhsil sistemi yüksək səviyyədədir. Bu Qarabağa da yansıyacaq. Azərbaycan xalqı xoşbəxtdir ki, onun təhsil sistemi həm də Qarabağda özünü göstərəcək. Biz hamımız təhsilin dünyaya inteqrasiyasına kömək etməliyik”.