Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-23 08:44:00
İxtisas seçimi: bu qruplarda vəziyyət gərgindir   

Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə ixtisas seçimi mərhələsinə start verilib.

 

16 avqust tarixindən başlayan ixtisas seçimi bu ayın 28-nə qədər davam edəcək.

 

Məlumdur ki, ali təhsil müəssisələrinə qəbulun ən vacib və təhlükəli mərhələsi, məhz ixtisas seçimidir. Burada abituriyentlərə odluqca diqqətli olmalarını və ciddi araşdırma etmələrini tövsiyə edirik.

 

Təhsil və qəbul məsələləri üzrə ekspert Ramin Nuraliyev ll, lll, lV, və V ixtisas qrupları üzrə mövcud vəziyyət barədə AzEdu.az-a danışıb.

 

 

Ekspertin sözlərinə görə ll ixtisas qrupunda rus bölməsi üzrə vəziyyət olduqca ağırdır:

 

“ll ixtisas qrupuna gəldikdə isə, Azərbaycan bölməsi üzrə ötən ilə nəzərən ciddi bir fərq olmayacaq. 4-5 bal ətrafında balların enməsi nəzərdə tutulur. Hətta bəzi ixtisaslarda keçid balının artma ehtimalı var. Amma ll ixtisas qrupunun rus bölməsində vəziyyət həqiqətən də kritikdir. Buna səbəb isə keçən il yüksək bal toplayan abituriyentlərin sayının çoxluğu və plan yerlərinin azalması ilə bağlıdır. Buna görə də hazırkı rus bölmələri üçün ixtisas seçimində ciddi təhlükə yaranıb. Sözügedən abituriyentlərə keçənilki ballara uyğun seçim etməmələrini tövsiyə edirəm. Ötənilki ballara nəzərən, bu il rus bölməsində 30-40 bala qədər qalxma müşahidə olunur”.

 

Müsahibimiz keçid ballarının lll ixtisas qurupunda ötən illə fərqlənməyəcəyini qeyd edib:

 

“Düşünürəm ki, lll qrup Azərbaycan bölməsində ciddi bir təhlükə yoxdur. Burada keçid balları ötən ilə nəzərən çox da fərqlənməyəcək. Düşünürəm ki, balların düşmə ehtimalı da var. Həmçinin, rus bölməsində də plan yerlərinin artırılması, o cümlədən, keçən il yüksək balla qəbul olunanların sayının nisbətən diqqət çəkməməsi lll ixtisas qrupuna seçim edən namizədlərin ballarının düşməsinə gətirib çıxarır. Bu ixtisas qrupunda təhlükəli məqam blok imtahanından 100 balı keçə bilməyən abituriyentlər üçündür”.

 

 

 R.Nurəliyev vurğulayıb ki, lV ixtisas qrupunda tibb ixtisası üzrə ballar düşə bilər:

 

 “Dövlət sifarişli yerlərdə bu ixtisas üzrə təxminən, 580 bala qədər enmə müşahidə olunacaq. Bu həm Azərbaycan, həm də rus bölməsinə aiddir. lV qrup üzrə orta ballıq ixtisaslarda o qədər də ciddi dəyişiklik olmayacaq. Məsələn, müəllimlik ixtisasında ötən illə müqayisədə o qədər kəskin bir fərq yoxdur. İxtisasa olan müraciətdən asılı olaraq ən çox 4-5 ballıq fərq nəzərə çarpa bilər”.

 

 

Ekspert onu da bildirib ki, V ixtisas qrupu üzrə konkret bir fikir söyləmək mümkün deyil:

 

 “V ixtisas qrupunu seçən abituriyentlər üçün dəqiq analiz vermək olmur. Ona görə ki, bütün ixtisas qruplarına imtahan verən namizədlər V qrupu da seçmə hüququna malikdirlər. Elə abituriyent var ki, buraxılış imtahanından 228 bal toplayıb dizayn ixtisası üzrə seçim edir, bəziləri də var ki, buraxılışdan 210 bal toplayıb, digər ixtisas qrupu üzə prosesdə iştirak edir. Məhz bu səbəbdən konkret nəsə demək mümkün deyil. Lakin hesab edirəm ki, V ixtisas qrupunda da ballar bir qədər enəcək”.