Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-21 15:44:14
İmişli rayon təhsil sektoruna yeni təyinat   
İmişli rayon təhsil sektorunun müdiri vəzifəsinə yeni təyinat olub.
 
 
Mil - Muğan Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, Kərim Xeyrulla oğlu Kərimov Azərbaycan Respublikası Elm və Təhsil Naziri Emin Əmrullayevin müvafiq əmri ilə İmişli rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub.
 
 
Qeyd edək ki, Kərim Kərimov öncə İmişli rayonu Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəbin direktoru vazifəsində çalışıb.